• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məmur oğlunun 238 min manatını APARDILAR - FOTO

CƏMİYYƏT

17 Mart 2022 | 14:26 | Müəllif: Subhan Mahmudov

Məmur oğlunun 238 min manatını APARDILAR - FOTO

Bakıda iş adamı külli miqdarda dələduzluğa məruz qalıb. 

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən bildirir ki, 33 yaşlı biznesmen İkram Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bildirib.

O qeyd edib ki, tanışı, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Əhmədov Tamerlan Şahin oğlu tərəfindən aldadılıb. İ.Əhmədov iddia edib ki, Tamerlan Əhmədov ondan 238 500 manat alaraq mənimsəyib.

Şikayətçi olan İkram Əhmədovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Müraciətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ. Əhmədov "Azərenerji"nin "Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə"sinin direktoru Xəndam Əhmədovun oğludur. 


Məmur oğlunun 238 min manatını APARDILAR - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026