• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Zibillikdə 100 min avroluq skripka tapıldı

CƏMİYYƏT

16 Aprel 2022 | 14:03 | Müəllif: Subhan Mahmudov

Zibillikdə 100 min avroluq skripka tapıldı

Parisdə yoldan keçən bir qadın zibil qutusunun yanında skripka tapıb.

Musiqi alətinin 2021-ci ilin payızında oğurlandığı və 100 min avro dəyərə malik olduğu üzə çıxıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, alət Yelisey Orkestrinin musiqiçisi Enriko Teddə məxsusdur. O, qatarda səfər edərkən skripkasının oğurlandığını bildirib.

Musiqi alətini məşhur Venesiya ustası Culio Deqani hazırlayıb.

Tapılan alət sahibinə qaytarılıb. Skripkanı tapan qadın isə mükafatdan imtina edib. O, yalnız Fransa paytaxtında Orkestrin növbəti konsertinə dəvət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026