Krımda məmurların səfəri zamanı bağça uşaqlarının ağızları lentlə bağlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mash on the Wave” Telegram kanalı məlumat yayıb .
Sevastopol uşaq bağçalarından birinin dayəsi Təhsil İdarəsinin komissiyasının müəssisəyə gəlişi zamanı uşaqlardan həddən artıq səs-küy gəldiyini hesab edərək bu addımı atıb.
Valideynlər hadisədən xəbər tutandan sonra, dayə hərəkətlərini “susqunluq oyunu” adlandırıb.
Bağça müdiri bildirib ki, işçi öz istəyi ilə işdən çıxmaq barədə ərizəyə imza atıb.
Mina Mikayılova
















