• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mənəvi zərər, əmək mübahisələri... – “Azercell”ə qarşı İDDİALAR

CƏMİYYƏT

08 Noyabr 2022 | 11:36

Mənəvi zərər, əmək mübahisələri... – “Azercell”ə qarşı İDDİALAR

Məhkəmələrdə “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 3 iş icraata götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşların mobil rabitə şirkətinə qarşı iddiaları üzrə hazırlıq iclasları təyin edilib.

Vətəndaş Sadiq Vüqar İkram oğlu “Azercell Telekom”a qarşı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsində 18.11.2022-ci il tarixinə hazırlıq iclası təyin edilib.  Məhkəmə çəkişməsi əmək mübahisələri ilə bağlıdır. 

Vətəndaş Cəfərov Otello Ramiz oğlunun “Azercell Telekom”a qarşı iddiası üzrə Xəzər Rayon Məhkəməsində 22.11.2022-ci il tarixinə hazırlıq iclası təyin edilib.  İşin mahiyyəti ilə bağlı məlumat əldə etmək mümkün olmayıb. 

Vətəndaş İsmayilov Cahangir Qara oğlunun  “Azercell Telekom”a qarşı iddiasını Bakı Apellyasiya Məhkəməsi icraata götürüb, hakim təyin edilib.  Amma hələ ki hazırlıq iclası təyin edilməyib. Məhkəmə çəkişməsi mənəvi zərərin ödənilməsi ilə bağlıdır.

62 milyon ABŞ dollarından çox nizamnamə kapitalı olan “Azercell Telekom” MMC-nin qanuni təmsilçisi Zərinə Zeynalova Turan qızıdır.  

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026