Bakıda mənzildə meyit aşkarlanıb.
Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Yolçuyev Şahbala Allahverdi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər;
















