• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mərkəzi Bank bu şirkəti CƏRİMƏLƏDİ

İQTİSADİYYAT

14 Aprel 2022 | 14:17

Mərkəzi Bank bu şirkəti CƏRİMƏLƏDİ

Əkinçilik və heyvandarlıqla məşğul olan “Xızı Agro Park” MMC məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Azərbaycanda kənd təsərrüfatı yönümlü məhsullar istehsal edən “CTC Holdinq” ASC-ə daxil olan bu müəssisənin xaricə valyuta göndərərək, əvəzində hər hansı mal idxal etməməsi və ya xidmət göstərməməsi olduğu bildirilir.

Azərbaycan Mərkəzi Bankı “Xızı Agro Park” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib. Protokol baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilib. İş hakim Emin Abdullayevin icraatına verilib.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

“CTC Holdinq”in tabekiyində 7 aqrar şirkət var. Bura “Xızı Agro Park” MMC, “Aqro Qala” MMC, “Xınalıq İM” MMC, “CTC Servis” MMC, “CTC İnvest” MMC, “Meat Diary” MMC və “Milk-Pro” MMC (Sevimli Dad) kimi şirkətlər daxildir.

Ramid İbrahimov 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026