• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Məşhur futbolçu İranda baş verənlərə etiraz etdi

İDMAN

26 Sentyabr 2022 | 17:04

Məşhur futbolçu İranda baş verənlərə etiraz etdi

Almaniyanın “Bayer” klubunun iranlı hücumçusu Sərdar Azmun ölkəsində baş verən kütləvi etirazlara münasibət bildirib.

Bakıvaxtı.az  xəbər verir ki, Azmun, sosial şəbəkə hesabında baş verənlərə görə artıq susa bilmədiyini yazıb:

“Federasiyanın qaydalarına görə, təlim-məşq toplanışı başa çatana qədər heç nə deməməliyəm, amma daha susa bilmirəm. Məni yığmadan qovacaqlarsa, qovsunlar. Bu fədakarlıq iranlı qadının saçının bir tükünə belə, dəyməz. İnsanları belə asanlıqla öldürənlərin başçılarına ayıb olsun! İran qadınları əbədi sevgiyə layiqdir”.

Azmun 2022-ci ilin yanvarında Rusiyanın “Zenit” klubundan “Bayer”ə keçib.


SON XƏBƏRLƏR

23 Aprel 2024