• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məşhur meyxanaçı HƏBS OLUNDU - FOTO

HADİSƏ

18 May 2022 | 18:03

Məşhur meyxanaçı HƏBS OLUNDU - FOTO

Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Cavid Babaşovun (Sumqayıtlı) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasan, Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Prokuror ittiham olunan şəxsə 9 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Rəsmi məlumata görə, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da əlavə edək ki, ittiham olunan şəxs Cavid Sumqayıtlı tanınmış meyxanaçıdır.


Məşhur meyxanaçı HƏBS OLUNDU - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026