Daimi edilən məşqin kişilərdən çox qadınlara fayda gətirdiyi məlum olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, qadınlarda müntəzəm məşq ürək çatışmazlığı riskini və ümumi ölüm riskini kişilərə nisbətən daha güclü şəkildə azaldır.
Araşdırmada 27-61 yaş arasında olan 400 mindən çox insanın məlumatları təhlil edilib. Onlar orta hesabla 20 il izlənilib.
Daimi idman hər hansı səbəbdən vaxtından əvvəl ölüm riskini qadınlarda 24%, kişilərdə isə 15% azaldır.
Fiziki cəhətdən aktiv qadınlarda ölümcül ürək çatışmazlığı, insult və ya digər ürək-damar hadisəsi riski 36%, fiziki aktiv kişilərdə isə 14% daha az idi.
Nəticələrdəki fərq kişi və qadın anatomiyası və fiziologiyasındakı fərqlərə görə ola bilər.
Mina Mikayılova
















