• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Messi “Real”ın futbolçusunun “İnter Mayami”yə keçməsini istəyir

İDMAN

01 Oktyabr 2023 | 13:57 | Müəllif: Subhan Mahmudov

Messi “Real”ın futbolçusunun “İnter Mayami”yə keçməsini istəyir

Lionel Messi İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriçin şərəfini qoruduğu ABŞ təmsilçisi “İnter Mayami”yə keçməsini istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “kral klubu”nun keçmiş hücumçusu Predraq Miyatoviç sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Xorvatiya millisinin kapitanı ilə artıq ilkin danışıq da aparılıb:

“Modriç MLS komandalarından təkliflər alıb. Xüsusən də, Messi onunla şəxsən maraqlanır. Luka hətta Devid Bekhemlə də görüşüb və birlikdə nahar ediblər. Onun Səudiyyə Ərəbistanından təklifi var idi, lakin hələlik Madriddə qalmaq istəyir”.

Qeyd edək ki, Luka Modriç bu mövsüm İspaniya La Liqasında 6 oyun keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026