Bakı metrosunda ölən kişinin kimliyi məlum olub.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a məlumat verib.
Onun sözlərinə görə, həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Xəqani Hüseynovdur.
08:55
Bakı metrosunun "20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün saat 07:45-də qatardan düşürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilir.
Məlumata görə, dərhal həmin şəxsə ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.
"Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib", - deyə məlumatda qeyd olunur.
















