• Bakı 20° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Metropolitenin əməkdaşı vəfat etdi

CƏMİYYƏT

22 Fevral 2022 | 14:46 | Müəllif: Subhan Mahmudov

Metropolitenin əməkdaşı vəfat etdi

"Bakı Metropoliteni" QSC "İnşaatçılar" stansiyasında əməkdaşının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Bakı Metropoliteni"nin elektrik təchizatı xidmətinin elektrik stansiyaları yarımstansiyasının 5-ci sahəsinin elektrik mexaniki 63 yaşlı Məlikəli Əliyev fevralın 18-də iş prosesində özünü pis hiss etməyə başlayıb:

"Həmin gün M.Əliyev iş gününün sonuna qədər öz funksiyalarını yerinə yetirib. Evə getdikdən sonra axşam saatlarında yenə özünü pis hiss edib və təcili yardım çağırılaraq xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq dünən axşam saat 20:00-21:00 radələrində xəstəxanada insult nəticəsində dünyasını dəyişib".

Bakı Metropoliteninin rəsmisi qeyd edib ki, hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də məlumat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026