• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Meymunçiçəyi niyə sürətlə yayılır?

CƏMİYYƏT

08 Iyun 2022 | 19:23 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyi niyə sürətlə yayılır?

Xəbər verdiyimiz kimi, İspaniya hakimiyyəti krallıqda ən azı 225 meymunçiçəyi virusuna yoluxma faktını təsdiqləyib. Qeyd edək ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Maraqlısı odur ki, daha öncə çıxan bir çox xəbərlərdə bu xəstəliyin daha çox heyvanlardan insanlara yoluxduğu qeyd edilirdi. Belədirsə, niyə bu qədər sürətlə yayılır?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu xəstəlik heyvandan insana daha sürətli yoluxur: “Meymunçiçəyi xəstəliyi qısamüddətli təmas zamanı da yoluxa bilir. İnsandan insana yoluxma ehtimalı da var, amma çox az və daha çətindir. Buna baxmayaraq, təbii ki, yoluxma halları var. Artıq Avropa ölkələrində xeyli sayd yoluxmalara rast gəlinir”.

İnfeksionist vurğulayıb ki, əslində, Avropada xəstəlik sürətlə yayılmır: “Yoluxma hallarının çox olmasına səbəb odur ki, müəyyən partilərdə şəxslər çox yaxın təmasda olurlar. Xüsusən də, İspaniya, İngiltərə kimi ölkələrdə bu hala daha çox rast gəlinir. Belə olan halda, sıx kontakt qrup halında sürətli yoluxmalara səbəb ola bilir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026