Meyxanaçı Ağamirzə həmkarı Ağakərimi (Kərim Novruzov) ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, Ağamirzə uzun zamandır xəstə olan dostu Ağakərimin görüntülərini lentə alaraq “Instagram” səhifəsində paylaşıb.
Meyxanaçı paylaşımına “Kərimin bugünkü vəziyyəti. Allah bilən məsləhətdir”, - sözlərini əlavə edib.
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.
















