• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mikayıl Cabbarovdan səfirliyimizə hücuma REAKSİYA

SİYASƏT

27 Yanvar 2023 | 14:54

Mikayıl Cabbarovdan səfirliyimizə hücuma REAKSİYA

"Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayırıq".

Bakıvaxtı.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

“Hadisə nəticəsində həlak olmuş baş leytenant Orxan Əsgərovun ailəsinə və yaxınlarına səbir, yaralılara isə şəfa diləyirik. Allah rəhmət eləsin. Diplomatlarımızla həmrəyik. Öncə Vətən.”, - deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026