• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşdü

İQTİSADİYYAT

28 Avqust 2024 | 11:18

Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşdü

İqtisadiyyat nazirinin müavinlərinin sayı azaldılıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilən Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.

Beləliklə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşüb.

Hazırda Mikayıl Cabbarovun birinci müavini Elnur Əliyev, digər 4 müavini isə Rövnəq Abdullayev, Sahib Ələkbərov, Səməd Bəşirli və Anar Axundovdur.

Qeyd edək ki, Sahib Məmmədov 2004–cü ildən İqtisadi İnkişaf Nazirliyində çalışıb. O, 2021-ci ilin dekabrından nazir müavini postunu tuturdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026