• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Mikayıl Useynov və Sadıq Dadaşovun abidəsi bu ərazidə ucaldılacaq

CƏMİYYƏT

30 Mart 2023 | 15:07

Mikayıl Useynov və Sadıq Dadaşovun abidəsi bu ərazidə ucaldılacaq

Görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin yeri məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, abidənin Səbail rayonu, Neftçilər prospekti ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, Bakı Funikulyoru ilə üzbəüz yaşayış binasının yaxınlığındakı parkda qoyulmağı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 8 oktyabr 2022-ci ildə “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb. /APA


SON XƏBƏRLƏR

26 Iyul 2024