• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Milli Məclisin ilk iclası qapalı keçiriləcək

SİYASƏT

23 Sentyabr 2024 | 09:47

Milli Məclisin ilk iclası qapalı keçiriləcək

VII Çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası bu gün qapalı formada keçiriləcək. 

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında növbədənkənar seçkilərin nəticələri təsdiqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026