• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Millimizi çempion edən qolun müəllifi danışdı

İDMAN

15 Iyun 2022 | 13:52 | Müəllif: Subhan Mahmudov

Millimizi çempion edən qolun müəllifi danışdı

Bu yarışa ikinci dəfə idi qatılırdıq. İlk dəfə 2018-ci ildə Ukraynada keçirilən Avropa Çempionatına qatılmışdıq. Daha sonra pandemiya dövrünə təsadüf etdi. Amma məşqlərimizi bacardığımız qədər davam elətdirdik və 2022-ci ildə Slovakiyaya yollandıq. Nəticə isə göz önündədir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri minifutbol komandamızın Avropa çempionatında yeganə qələbə qolumuzun müəllifi Seymur Məmmədov deyib.

O bildirib ki, qələbədə oyuna hazırlıq, komanda birliyi və məşqçilərin düzgün strategiya seçiminin mühüm rolu olub.

“Şükürlər olsun ki, biz qalib gələrək Avropa çempionu olduq. Vətənə dönən zaman Azərbaycan xalqının bizi qarşılamağı həddindən artıq çox xoş oldu. Qələbəni Azərbaycan xalqına həsr etmişdik.

Gələn kimi bizi cənab Prezident İlham Əliyev qəbul etdi. Təbrik etdi və necə lazımdırsa, dəstək olmağa söz verdi.

Yanvar ayında Dünya Çempionatı baş tutmalıdır. Bir az istirahət etdikdən sonra yenidən məşqlərə davam edəcəyik”, - S.Məmmədov deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026