Fəaliyyətində problem olmayan sosial şəbəkələrdə “Milliön” terminallarında problem yarandığına dair paylaşımlar edilib.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva Oxu.az-a açıqlamasında “Milliön” terminallarında ödənişlə bağlı heç bir problemin olmadığını deyib:
“Sosial şəbəkələrin fəaliyyətində müəyyən problem yaşanıb. Lakin bu problem terminallarda ödəniş sisteminə təsir etməyib. Terminallar vasitəsilə həyata keçirilən ödənişlərdə heç bir problem yaşanmayıb. Sistem nəzarət altında saxlanılır”.
















