• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Minatəmizləmə işləri plana uyğun olaraq davam etdiriləcək

CƏMİYYƏT

14 Yanvar 2023 | 11:53

Minatəmizləmə işləri plana uyğun olaraq davam etdiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad olunan ərazilərdə aparılan minatəmizləmə işləri barədə tapşırıq verib.

Bakıvaxtı.az xəbər verir ki, nazir tapşırığını yanvarın 14-də keçirdiyi müşavirədə çatdırıb.

Toplantıda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb.

Qış tədris dövründə döyüş hazırlığının xüsusiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri qış aylarında, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026