• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədən 10 uşaq müalicə üçün Bakıya gətirildi - YENİLƏNİB

CƏMİYYƏT

13 Fevral 2023 | 11:07

Türkiyədən 10 uşaq müalicə üçün Bakıya gətirildi - YENİLƏNİB

Bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlar arasından 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır: "Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hər tərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir".

Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər".

 

10:43

Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, həmin uşaqlar Bakıda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.

Hazırda xəstəxanada müalicələri davam edir. Müalicə müddəti bitdikdən sonra uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsələrinə yerləşdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026