• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mingəçevir sakini dostunu bıçaqladı

HADİSƏ

05 Iyul 2021 | 09:47

Mingəçevir sakini dostunu bıçaqladı

İyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir şəhər prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026