• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Miqrantlar “Vaqner”çini güllələdilər - FOTOLAR

DÜNYA

04 Sentyabr 2023 | 13:52

Miqrantlar “Vaqner”çini güllələdilər - FOTOLAR

Rusiyanın Rostov vilayətinin Bataysk şəhərində bu yaxınlarda cəbhə xəttindən qayıdan “Vaqner” özəl hərbi şirkətinin döyüşçüsü döyülüb və travmatik silahdan güllələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

“Vaqner”çinin münaqişə etdiyi şəxs travmatik tapançanı çıxarıb və döyüşçüyə ən azı 12 güllə atıb ki, güllələrdən biri onun başına dəyib.

O, yanında qızla parkda gəzdiyi zaman tanımadığı bir şəxslə kafenin yaxınlığında mübahisəsi düşüb. Və bir müddət sonra kafenin içindən çox sayda insan çıxaraq onu döyməyə və  müharibədə iştirak etdiyi üçün təhqir etməyə başlayıb. Bundan sonra onlar “Vaqner”çiyə atəş açmağa başlayıblar. “Vaqner”çinin yaxınlarının sözlərinə görə, atəş edənlər miqrant olublar və onların sayı 10-20 nəfər olub.

Bildirilir ki, Rostov vilayəti polisi münaqişənin səbəblərini müəyyənləşdirir. Hələ hadisə ilə bağlı rəsmi şərh verilməyib.
 


Miqrantlar “Vaqner”çini güllələdilər - FOTOLARMiqrantlar “Vaqner”çini güllələdilər - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026