• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ASALA sinaqoqa edilən hücumu üzərinə götürdü - FOTOLAR

DÜNYA

04 Oktyabr 2023 | 12:43

ASALA sinaqoqa edilən hücumu üzərinə götürdü - FOTOLAR

Ötən gün "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatı İrəvandakı Ümumdünya Yəhudi Mərkəzində törədilən vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə terrorçu qruplaşmanın yaydığı məlumatda deyilir:

“Biz 2023-cü il oktyabrın 3-də İrəvanda Ümumdünya Yəhudi Mərkəzinə qarşı həyata keçirilən hədə-qorxu əməliyyatı barədə sizə fəxrlə məlumat veririk”, - terrorçular bildiriblər.

Onlar yəhudilərə və yəhudi dünyasına qarşı bu cür əməlləri davam etdirəcəklərini fəxrlə bəyan ediblər: "Bu, xəbərdarlıqdır. İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, sadəcə, qətiyyətimizin bəyanıdır. Biz ABŞ, Avropa və digər ölkələrdə sinaqoqları yandırmağa davam edəcəyik".

Bu fakt erməni cəmiyyətində antisemitizmin geniş yayılmasının və bu ölkədə müxtəlif etnik xalqlara, dini nümayəndələrə qarşı dözümsüzlüyün bariz nümunəsidir.


ASALA sinaqoqa edilən hücumu üzərinə götürdü - FOTOLARASALA sinaqoqa edilən hücumu üzərinə götürdü - FOTOLARASALA sinaqoqa edilən hücumu üzərinə götürdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026