• Bakı 22° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Mirələmovun oğlu su pulunu ödədi

CƏMİYYƏT

26 Avqust 2024 | 10:12

Mirələmovun oğlu su pulunu ödədi

Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu yığılmış su borcunu ödəyib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” bu barədə məhkəməyə məlumat verib.

İddiaçı Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda Mirələmovun içməli suya olan borcunu tam ödədiyini bəyan edib. Bu səbəbdən şikayət geri götürülüb. Məhkəmə iddiaçının hər hansı tələbi olmadığından şikayəti geri qaytarıb.

Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun bir müddət əvvəl həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Ona qanunauyğun şəkildə xəbərdarlıq olunsa da, borcu ödəməyib. Bu səbəbdən “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” iddiaçı qismində məhkəməsinə müraciət etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026