• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mişustin Rusiyada oxuyan azərbaycanlı tələbələrin sayını AÇIQLADI

SİYASƏT

18 Noyabr 2022 | 13:07

Mişustin Rusiyada oxuyan azərbaycanlı tələbələrin sayını AÇIQLADI

“Mədəni-humanitar əlaqələrə ənənəvi olaraq xüsusi əhəmiyyət veririk. Siz dediyiniz kimi, diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı deyib.

O qeyd edib ki, bu mühüm hadisəyə həsr edilmiş təntənəli silsilə tədbirlər keçirilib:

“Gələn il isə biz görkəmli sovet və Azərbaycan dövlət xadimi, Sizin atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik.

Biz dünən də qeyd etdik ki, Bakıda bizim institutların – Moskva Dövlət Universitetinin, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiyada da Azərbaycandan olan on bir mindən çox tələbə təhsil alır. İnsanlar arasında birbaşa əlaqələrin bu cür inkişafı, zəngin tarix, mədəniyyət və ənənələrlə tanışlıq bizim qarşılıqlı münasibətlərimizi möhkəmləndirəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026