• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Moldova və Rumıniya hərbçiləri  təlim keçirir

DÜNYA

05 Aprel 2023 | 13:06

Moldova və Rumıniya hərbçiləri təlim keçirir

Moldova və Rumıniya Silahlı Qüvvələrinin artilleriya bölmələri birgə hərbi təlimlər keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Nazirlik qeyd edib ki, “Atəş Qalxanı - 2023” adlı artilleriya təlimləri Rumıniyanın Smirdan poliqonunda keçirilir.

Qeyd edək ki, Moldova və Rumıniya Silahlı Qüvvələri 2015-ci ildən bu yana hər il “Atəş Qalxanı” adlı birgə təlimlər keçirir.

Bu ilki təlimlər Moldova ordusunun 2023-cü il üçün hazırlıq planına salınıb.

“Moldova tərəfdən təlimlərdə “Böyük Stefan” motoatıcı briqadasının zabit, çavuş və əsgərlərdən ibarət bölməsi iştirak edir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, 27 martda başlamış və 27 aprelədək davam etməsi planlaşdırılan “JCET-2023” təlimləri də Moldovada keçirilir və bu hərbi təlimlərdə Moldova xüsusi təyinatlıları ilə yanaşı, Rumıniya, ABŞ və Böyük Britaniya hərbçiləri də iştirak edir. Bu səbəbdən Moldova Müdafiə Nazirliyi təlimlər çərçivəsində hərbi texnikanın poliqonlara çıxarılacağı və onların hərəkəti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026