Moskva yaxınlığındakı Naxabino ərazisində güclü yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, Volokolamsk şossesi yaxınlığındakı tikinti bazarı yanır.
Rusiyanın ərazi üzrə Fövqəladə HallarXidməti bildirib ki, yanğın artıq 400 kvadratmetr ərazini əhatə edib, qonşu binalar üçün təhlükə yoxdur.
















