Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini və katibləri müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qərar MSK-nın bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, MSK üzvləri Rövzət Qasımovun sədr müavini, Arifə Muxtarova və Mikayıl Rəhimovun isə katib seçilməsi qərara alınıb.
Qərar səsverməyə qoyularaq MSK üzvləri tərəfindən dəstəklənib.
***
16:10
Mərkəzi Seçki Komissiyasının sədri və onun müavini, o cümlədən, qurumun katibləri bəlli olacaq.
Bakıvaxtı.az xəbər verir ki, hazırda bununla bağlı mətbuat nümayəndələrinə açıq iclas keçirilir.
Qeyd edək ki, bu gün Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması barədə qərar layihəsini qəbul edib.
Məlumata görə, YAP və Milli Məclisdə azlıq təşkil edən partiyaların təqdim etdiyi namizədlər MSK üzvü və əvəzedici üzv kimi təsdiqlənib. Ümumilikdə 18 üzv və 3 əvəzedici üzvün siyahısı təsdiq olunub.
Qanunvericiliyə əsasən, seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK-nın əvvəlki tərkibi 2021-ci il aprelin 27-də formalaşdırılmışdı.
Bildirək ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edir.
Əli Hüseynov
Bakı 




