• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Müəllimlər günündə pul yığılıb? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

09 Oktyabr 2023 | 16:37

Müəllimlər günündə pul yığılıb? - RƏSMİ AÇIQLAMA

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində ümumi təhsil müəssisələrində pul yığımı iddiası ilə ötən günlər ərzində Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə bir neçə vətəndaş müraciəti daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müraciət edən və qeyd olunan halın araşdırılmasını tələb edən vətəndaşların natamam məlumat təqdim etməsi səbəbindən müraciətlər qeydə alınmayıb:

“Belə ki, vətəndaşlar bəzi hallarda özünü təqdim etmədən müraciətin araşdırılmasını tələb ediblər. Bu halda vətəndaşların Elm Və Təhsil Nazirliyinə vətəndaş müraciətləri üçün nəzərdə tutulmuş portal.edu.az platforması üzərindən müraciət etmələri tövsiyə olunub”, - deyə nazirlikdən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR