Tomas Müller Almaniyanın “Bayern Münhen” klubu ilə müqaviləsini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mediada xəbər yayılıb.
Məlumatlara görə, 34 yaşlı hücumçu “Bavariya” ilə müqaviləsini 2025-ci ilin yayına qədər artırıb.
Qeyd edək ki, hücumçu karyerası ərzində “Bayern”də çıxış edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Ziyafət Əlisoy
















