• Bakı 23° C

    5.38 m/s

Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb

CƏMİYYƏT

26 Aprel 2022 | 20:50 | Müəllif: Qalib İbrahimoğlu

Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb

Bu gün mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya şairin nəvəsi Rüfət Qarazadə məlumat verib.

O bildirib ki, abidənin açılışı mayın 7-də, mərhum şairin vəfatının ildönümündə baş tutacaq.

Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026