• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Müşahidə Şurasının iclası keçirildi

SİYASƏT

13 Dekabr 2022 | 18:53 | Müəllif: Subhan Mahmudov

Müşahidə Şurasının iclası keçirildi

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026