• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MÜSİAD üzvləri son üç ildə Azərbaycana 60 mln. manatdan çox sərmayə edib

CƏMİYYƏT

20 Dekabr 2024 | 11:06 | Müəllif: Qalib İbrahimoğlu

MÜSİAD üzvləri son üç ildə Azərbaycana 60 mln. manatdan çox sərmayə edib

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycanda 87 üzvü var. Bu şirkətlər son üç ildə Azərbaycana 61,3 mln. manat investisiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu MÜSAİD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.

Onun sözlərinə görə, Şuşa bəyannaməsinin bəndlərindən biri Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 mlrd. dollara çatdırılmasıdır:

“Preferensial ticarət rejimi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayı 35-ə çatdırılıb. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Həmçinin Azərbaycana investisiyaların həcminə görə, Türkiyə ilk yerlərdən birini tutur. Bununla belə iqtisadi əlaqələrlə bağlı qoyulan hədəflər istiqamətində görüləcək işlər çoxdur”.

Rəşad Cabirli əlavə edib ki, investisiyanın cəlb edilməsi istiqamətində təşviq gücləndirilməlidir:

"Bölgələrdə bizim əlimizdə iqtisadi göstəricilərlə bağlı təqdimatlar olmalıdır”./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026