• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Muzeydən oğurlanan brilyantların bir hissəsi tapıldı

DÜNYA

17 Dekabr 2022 | 20:37

Muzeydən oğurlanan brilyantların bir hissəsi tapıldı

Almaniyanın Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən 2019-cu ildə oğurlanan briliantların bir qismi tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, polis oğurluqda şübhəli bilinən 6 nəfəri saxlayıb. Onların evlərindən 31 ədəd brilyantlarla bəzədilmiş muzey eksponatı müsadirə edilib. Şübhəlilər muzeyə şüşəni sındıraraq girdiklərini etiraf ediblər.

Qeyd edək ki, 2019-cu ildə Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən (Grünes Gewölbe) 4300 ədəd briliantla bəzədilmiş 21 nadir eksponat oğurlanıb. Oğurlanan inventarın dəyəri təxminən 114 milyon avrodur. Nadir eksponatların əksər hissəsi tapılmayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026