• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Narkokuryer tutuldu, 13 kq marixuana aşkarlandı - VİDEO

CƏMİYYƏT

16 Dekabr 2023 | 12:40

Narkokuryer tutuldu, 13 kq marixuana aşkarlandı - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Göyçay rayon sakini 1976-cı il təvəllüdlü Rövşən İbrahimov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, onun üzərinə və idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 890 ədəd psixotrop tərkibli metadon həbi və 75 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülüb. R.İbrahimov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.

 

 


Narkokuryer tutuldu, 13 kq marixuana aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026