• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

NATO Litvada hərbi təlimlərə BAŞLADI

DÜNYA

06 Oktyabr 2025 | 22:20 | Müəllif: Subhan Mahmudov

NATO Litvada hərbi təlimlərə BAŞLADI

Litvada NATO üzvü 8 ölkənin təxminən 3 min əsgərinin cəlb olunduğu genişmiqyaslı hərbi təlimlər start götürüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, təlimlər oktyabrın 18-dək planlaşdırılıb.

Hərbi təlimlərdə Litva ilə yanaşı Belçika, Almaniya, Lüksemburq, Niderland, Norveç, Çexiya və Xorvatiyadan bölmələr iştirak edir.

Təlimlərdə təxminən 650 ədəd texnika – tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli transportyorlar istifadə olunur.

Hərbi təlimlər Belarus sərhədindən təxminən 15 km aralıqda yerləşən “Pabrade” mərkəzi poliqonunda həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026