• Bakı C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

NATO-nun Baş katibi: Türkiyənin müdafiə sənayesinin təməli çox güclüdür

DÜNYA

12 Fevral 2025 | 22:19

NATO-nun Baş katibi: Türkiyənin müdafiə sənayesinin təməli çox güclüdür

NATO-nun Baş katibi Mark Rütte Türkiyənin müdafiə sənayesinin təməlinin güclü olduğunu bildirib.

Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə alyansın başçısı Müdafiə Nazirləri İclasından öncə mətbuata açıqlamasında bildirib.

“Anadolu” müxbirinin Türkiyənin, alyansın və xüsusilə Avropanın müdafiə sənayesinin gücləndirilməsi və həmçinin yeni ABŞ administrasiyasının gündəmində olan Ukraynada sülhün təmin edilməsi məsələsində oynaya biləcəyi rol haqqında müttəfiq nazirlərə nə kimi mesajlar çatdıracağına dair sualına Rütte belə cavab verib: “Türkiyə müdafiə sənayesinin təməli həqiqətən təsirlidir”.

Rütte yüzlərlə müəssisənin innovasiya sahəsində çalışdığını, Müdafiə Sənayesi İdarəsinin tərkibində minlərlə şirkətin olduğunu bildirərək həm Ankara səfəri zamanı, həm də Brüsseldə müdafiə sənayesi rəisi Haluk Görgün ilə görüşdüyünü xatırladıb.

“Bu həqiqətən önəmlidir və Türkiyədə etdiyiniz işin Avropanın bütün digər müttəfiqləri və ABŞ ilə sıx əməkdaşlıq içində olduğunu bilirəm. Həqiqətən də, Türkiyə sənayesi son məhsullar da daxil olmaqla ən önəmli hissələri tədarük edir. Sizdən sadəcə daha çox iş görməyinizi istəyə bilərik”, – Baş katib söyləyib.

Rütte Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Türkiyə də daxil olmaqla bütün müttəfiqlərdən daha çox və sürətli istehsal gözlədiyini qeyd edib./Report


SON XƏBƏRLƏR

12 Fevral 2025