NATO illik nüvə təlimi "Steadfast Noon"-a bu gün start verilir.
Bakıvaxtı.az bu barədə qurumun yaydığı məlumata istinadla xəbər verir.
NATO-nun verdiyi yazılı açıqlamaya görə, təlimə 60-dan çox təyyarə qatılacaq.
Qərbi Avropa üzərində təlim uçuşlarının həyata keçiriləcəyi təlim çərçivəsində ABŞ-nin nüvə raketləri daşıya bilən döyüş təyyarələri də iştirak edəcək.
Bəyanatda NATO-nun baş katibi Mark Rutte bildirib:
"Nüvə hücumlarının qarşısının alınması müttəfiqlərin təhlükəsizliyinin təməl daşıdır. "Steadfast Noon" Alyansın nüvə qarşısının alınmasının vacib bir sınağıdır. Bu, hər bir düşmənə açıq mesaj verir ki, NATO bütün müttəfiqlərini qoruyacaq və müdafiə edəcək".
Əli Hüseynov















