NATO-nun Zirvə görüşünün birinci sessiyası başa çatıb.
Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, Zirvənin başlanğıcında iştirakçı ölkələrin təmsilçiləri ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Sessiyada NATO-nun müdafiə və sülhyaratma perspektivləri, müdafiə sənayesi ilə bağlı əməkdaşlığın inkişafı kimi məsələlər müzakirə edilib.
Çıxış edən NATO-nun baş katibi Stoltenberq üzv ölkələrin müdafiə xərclərini müsbət qarşıladığını bildirib.
Zirvəyə ev sahibliyi edən ABŞ prezidenti Bayden üzv ölkələrin son 75 ildə NATO ilə birlikdə inkişaf etdiyini bildirib.
Bayden ilk dəfə olaraq bütün NATO müttəfiqlərinin öz ölkələrində müdafiə istehsalı həyata keçirəcək planlar hazırladıqlarına toxunub. Qeyd edib ki, bu proseslər sayəsində NATO dövlətləri daha yenilikçi və rəqabətə davamlı olacaq.
Əli Hüseynov
















