• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

NATO  “Şimal axını” ilə bağlı  MƏLUMAT YAYDI

DÜNYA

29 Sentyabr 2022 | 14:29

NATO  “Şimal axını” ilə bağlı  MƏLUMAT YAYDI

“Baltik dənizinin beynəlxalq sularında “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin zədələnməsi dərin narahatlıq doğurur”.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.

Bildirilir ki, hazırda mövcud olan bütün məlumatlar göstərir ki, bu, qəsdən, ehtiyatsız və məsuliyyətsiz törədilmiş təxribat aktlarının nəticəsidir: "Bu sızmalar gəmiçilik üçün risklər yaradır və ətraf mühitə ciddi ziyan vurur. Biz zərərin mənşəyini müəyyən etmək üçün aparılan araşdırmaları dəstəkləyirik. Müttəfiqlərin son dərəcə vacib infrastrukturuna qarşı qəsdən edilən istənilən hücuma yekdil və qətiyyətli cavab veriləcək”.


SON XƏBƏRLƏR

19 Aprel 2024