• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

NATO üçün əsas prioritet AÇIQLANDI

DÜNYA

29 Iyun 2023 | 21:44

NATO üçün əsas prioritet AÇIQLANDI

“NATO iyulda Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya dəstək üçün “həlledici siqnal” göndərəcək. Lakin hazırda Alyans üçün prioritet Ukraynaya müharibədə qalib gəlməyə kömək etməkdir”.

Bu barədə Bakıvaxtı.az NATO-nun baş katibi Yens Stoltenberqin Brüsseldə Avropa İttifaqı liderlərinin görüşü başlamazdan əvvəl verdiyi bəyanata istinadən xəbər verir.

Baş katib vurğulayıb ki, bütün NATO müttəfiqləri Ukraynanın Alyansa qoşulmaq istəyini dəstəkləyir. Stoltenberq onu da əlavə edib ki, qoşulmaq üçün rəsmi dəvətin vaxtı gələndə Rusiya deyil, Ukrayna və müttəfiqlər qərar verəcək:

“NATO sammitində biz Ukraynanın üzvlük istəklərini müzakirə edəcəyik və mən tam əminəm ki, NATO müttəfiqləri Ukraynaya güclü dəstək siqnalı göndərəcəklər. Ən vacib, təxirəsalınmaz vəzifə Ukraynanı dəstəkləməyə davam etmək və onun Avropada suveren müstəqil dövlət kimi qələbəsini təmin etməkdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026