• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Naxçıvanda ticarət mərkəzi yandı

HADİSƏ

22 Oktyabr 2023 | 09:45 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda ticarət mərkəzi yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 4800 m² olan ticarət mərkəzində yanğın hadisəsi baş verib. Nəticədə bazarın 900 m² hissəsində olan 1 ofis, 2 mağaza və 60 ədəd rəf yanıb, qalan hissələr mühafizə olunub.

Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR