• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Kürdəmirdə ağır yol qəzası baş verdi - Xəsarət alanlar var

HADİSƏ

20 Noyabr 2023 | 20:48

Kürdəmirdə ağır yol qəzası baş verdi - Xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil həmin yolda hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-21011" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki avtomobildə olan Ağsu sakinləri - 26 yaşlı Hüseynov Məhərrəm Əfqan oğlu, 36 yaşlı Əhmədov Elməddin Şakir oğlu, 46 yaşlı Kərimov Alim Arif oğlu və 40 yaşlı Məhərrəmov Seymur Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktnan bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024