Naxçıvan şəhərinin 3-cü mikrorayonu ərazisində, Babək küçəsində magistral su xəttində qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ik, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olması göstərilir.
Məlumata görə, qəza nəticədə 3-cü mikrorayon ərazisində suyun verilişi dayandırılıb.
Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işlərinə başlayıblar.
Təmir işlər davam edir. Saat 16:00-dan sonra bu əraziyə suyun verilişi tam bərpa ediləcək.
















