"Zəngilanın Ağalı kəndində məktəb istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılır":
Bakıvaxtı.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, bir gündə həyata keçirilən məsələ deyil: "Ona görə də düzgün planlaşdırma həyata keçirilməlidir. Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra təbii ki, məktəbin də fəaliyyəti bərpa olunacaq".
Nazir qeyd edib ki, amma aradakı keçid dövründə bir neçə həftə ərzində tədrisin hibrid və ya distant formada olması planlaşdırılıb ki, uşaqlar dərsdən kənarda qalmasın: "Hətta 2, 3 və ya 5 uşaq köçsə belə həmin uşaqlar dərhal onlayn tədrisə cəlb olunacaqlar. Daha sonra məktəbin binası, bütün infrastruktur qurulduqdan sonra proses tam yekunlaşacaq".
Nuranə Daxilqızı
















