• Bakı 14° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Nazirdən deputatların maaş artımı təklifinə - REAKSİYA

CƏMİYYƏT

06 Noyabr 2025 | 14:34

Nazirdən deputatların maaş artımı təklifinə - REAKSİYA

“Azərbaycanın nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, diplomatik nümayəndəliklərin də sayı artır. Buna görə, bu sahəyə vəsait ayrılması da vacibdir”.

Bakıvaxtı xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

Sahil Babayev deputatlar tərəfindən səsləndirilən diplomatların maaşının artırılması təkliflərinə münasibət bildirib:

“Diplomatların əməkhaqqının artırılması təklifinə gəlincə, bu, ötən il artıb. Onların əməkhaqqı BMT-nin müəyyən etdiyi mexanizm əsaında həyata keçirilir”.


SON XƏBƏRLƏR

05 Noyabr 2025