• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nazirlikdən əks göstəriş sertifikatının verilməsi ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

11 Avqust 2021 | 15:21

Nazirlikdən əks göstəriş sertifikatının verilməsi ilə bağlı AÇIQLAMA

“Vaksin vurdurulması üçün əks göstərişlər çox az faiz təşkil edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, əks göstəriş tələbləri ölkədə istifadə olunan hər 4 vaksin üçün eynidir: “Gələcəkdə ola bilər ki, əks göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olan, hamilələr və digər kateqoriyaya aid olan şəxslər bu siyahıya aiddir. Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026