“Nazirliklər tərəfindən ictimai şuralara təzyiqlər edilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında deyib.
Onun sözlərinə görə, bu təzyiqlərə dözüm gətirməyənlər də var: “Onlara elə şərait yaradılır ki, onlar fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Müstəqil fəaliyyət göstərməksə daha çətindir".
Deputat qeyd edib ki, bəzi məmurlar ictimai şuraların inkişafını, ümumiyyətlə, istəmir, müqavimət göstərirlər: "Bir çox hallarda onlarla bağlı xoşagəlməz məlumatlar yayırlar. İctimai iştirakçılığın genişləndirilməsi onlara sərf etmir, çünki bu şəffaflıqdır”.
Nuranə Daxilqızı
















